"Neftçi" "Qarabağ"la "Azərbaycan derbisi"nə itkilərlə çıxacaq

"Neftçi" "Qarabağ"la "Azərbaycan derbisi"nə itkilərlə çıxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 29-cu turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını başa vurub.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Breno Almeyda cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Eyni səbəbdən baş məşqçi Yuri Vernidub və köməkçisi Dmitro Kara-Mustafa texniki zonada olmayacaqlar.

Qeyd edək ki, sabah “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması saat 19:00-da başlanacaq.