İslamiadada daha iki güləşçimiz gümüş, biri bürünc medal qazandı
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın 3 təmsilçisi medal qazanıb.
Sərbəst güləşdə İslam Bazarqanov (57 kiloqram) və qadın güləşində Ruzanna Məmmədova (62 kiloqram) yalnız finalda uduzaraq gümüş mükafatla kifayətlənib.
Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc medal əldə edib.
"Sərbəst"lərdən Əli Rəhimzadə (65 kiloqram) 3-cülük görüşündə məğlub olub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan güləşçilərindən Jalə Əliyeva (57 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) gümüş, Elnurə Məmmədova (50 kiloqram) isə bürünc mükafata yiyələniblər.
Yarışa sabah yekun vurulacaq.
