"Karvan", "İmişli" və "Kəpəz" ev oyunları üçün stadion tapdı

Futbolü zrə Azərbaycan Premyer Liqasının yeni mövsüm üçün püşkü atılıb.
"Mediasport" xəbər verir ki, ev stadionlarında problemləri olan 4 komanda özünə müvəqqəti "sığınacaq" tapıb.
"Karvan" bir müddət rəqiblərini Şamaxıda, "Turan Tovuz" Suraxanıda, "Kəpəz" Qəbələdə, "İmişli" isə Quba şəhər stadionunda qəbul edəcək.
Premyer Liqada yeni mövsüm avqustun 15-də start götürəcək.