"Kəpəz"də günün 3-cü ayrılığı
"Kəpəz" Camal Cəfərovla yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
O, 2025/2026 mövsümündə "sarı-göylər"in heyətində ümumilikdə 13 oyun keçirib.
Xatırladaq ki, Gəncə təmsilçisi bu gün Luis Paçu və Yusif İmanovun da klubdan ayrıldığını açıqlayıb.


