"Kayrat"dan "Qarabağ"a mesaj

Xəbər verdiyimiz kimi, Qazaxıstanın "Kayrat" klubu tarixi uğura imza atıb və Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, Almatı təmsilçisi bunu "Seltik"i dünən penaltilər seriyasında məğlub edərək bacarıb.
Bu qələbədən sonra klubun rəsmi sosial şəbəkə hesabında paylaşım edilib və "indi sən" sözləri yazılıb.
Bununla da klub "köhlən atlar"ın "Ferensvaroş"la bu gün keçiriləcək oyununa eyham vurub.
Pley-off raundunun "Qarabağ" və "Ferensvaroş" arasında keçiriləcək cavab oyunu bu gün saat 20:45-də start götürəcək və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
@f.c.kairat_official @Qarabağ FK ✅ indi sən???? | #ҚайратСелтик #QairatEurope2025 ♬ оригинальный звук - FC Kairat