"Ayxan müəllimin tapşırıqları var - xalqımızı sevindirmək istəyirik"
"Sabah Millətlər Liqası öncəsi son yoldaşlıq oyunumuzudur. Rəqib yaxşı komandadır, futbol oynaya, nə istədiklərini bilirlər".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının üzvü Rəhman Daşdəmirov deyib.
Müdafiəçi sabah Bakıda Tacikistan yığması ilə baş tutacaq yoldaşlıq görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib.
O, qələbə qazanmaq istədiklərini bildirib:
"Biz də özümüzə inanırıq. Ayxan müəllimin tapşırıqları var. Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik".
Çempionlar Liqası ab-havası gördükdən sonra özündə fərq hiss edirsən?
- Mənim üçün heç bir fərq yoxdur. İstər Çempionlar Liqası olsun, istər milli komanda. Hər oyuna eyni cür hazırlaşıram.
Qrupdakı şanslarımız haqda nə düşünürsən?
- Əsas sabahkı oyundur. Sabahkı matça köklənmişik. Digər rəqiblər də bizə uyğundur. Maksimum nəticə qazanmağa çalışacağıq. İnanıram ki, hamısında qalib gələ biləcəyik.
Litva millisinin baş məşqçisi deyib ki, Valdas Dambrauskas dostumuzdur, ondan Azərbaycan yığması haqda məlumat alacağıq...
- Özüm şəxsən Valdasla Dambrauskasla danışmışam. O, bizim daha üstün cəhətlərimizi bildirib. Məncə, burada belə bir şey yoxdur. Fərqli nəsə deməyib. Deyib ki, daha yaxşısınız. Onun özü üçün də maraqlı olacaq. Bizim haqqımızda nə məlumat ver bilər? Döyüşkən olduğumuzu deyəcək.

