"Kəpəz" seçimlərə başlayır

 "Kəpəz" seçimlərə başlayır

“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.

"Mediasport" xəbər verir ki, klub 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir.

Seçimlər 2026-cı il yanvarın 3-ü və 4-ü tarixlərində təşkil olunacaq.

Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

Seçimlərdə iştirak etmək istəyənlərdən aşağıda göstərilən mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Əlaqə nömrəsi: 051 872 13 15