"Qarabağ" hücumçu transfer etdi: 2+1 illik müqavilə bağlanılacaq
Transfer çalışmalarını davam etdirən "Qarabağ" daha bir futbolçunun keçidini həll edib.
"Mediasport"a verilən məlumata görə, Ağdam təmsilçisi "Yurqorden"in isveçli hücumçusu Zakaria Savo ilə anlaşıb.
Dünəndən Bakıda olan Qambiya əsilli forvard tibbi müayinədən uğurla keçib.
"Atlılar"ın Savo ilə 2+1 illik müqavilə bağlayacağı gözlənilir. Transfer bu gün-sabah açıqlanacaq.
Xatırladaq ki, son mövsümü icarə əsasında AEL-də (Kipr, Limassol) keçirmiş skandinaviyalı bütün turnirlərdə 22 oyuna 10 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Qarabağ" bugünlərdə fransalı vinger Jali Muaddibin keçidini rəsmiləşdirib.


