Nərimanın yeni komandasının məşqçilər korpusu məlum oldu
Futbol üzrə Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin yeni komandası "Kolumbus Kryu"nun (ABŞ) məşqçilər korpusu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, əsas komanda yeni mövsümə də Henrik Ridströmun rəhbərliyi ilə başlayacaq.
Norveçli mütəxəsissin köməkçiləri Teodor Olsson, Loran Kurtua və Coş Vilyams olacaqlar.
Qeyd edək ki, yığmamızın hücumçusu bir neçə gün əvvəl MLS təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.
