"Kəpəz"in üzvü Asiya Kubokunun seçmə mərhələ matçına çağırıldı

"Kəpəz"in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb.
"Mediasport" xəbər verir ki, Tacikistan komandası martın 20-də Belarus yığması ilə yoxlama matçında üz-üzə gələcək.
Komanda martın 27-də isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.
Hər iki görüş Düşənbə şəhərində keçiriləcək.