Kifayət Mustafayeva "Dinamo" - "Ludoqores" oyununa təyinat aldı
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.
"Mediasport" xəbər verir ki, O, UEFA Gənclər Liqasının II təsnifat mərhələsində baş tutacaq "Dinamo" (Minsk, Belarus) – "Ludoqores" (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən "Eagles Nest Stadium"da baş tutacaq.
