Kurban Berdiyev Rusiyaya qayıdır?

Kurban Berdiyev Rusiyaya qayıdır?

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Rusiyaya qayıda bilər.

"Mediasport" xəbər verir ki, mütəxəssisi Moskva "Lokomotiv"i "sükan" arxasına gətirmək istəyir.

bu barədə tanınmış rusiyalı futbol agenti Timur Qurtskaya məlumat paylaşıb.

O, Berdiyevin "dəmiryolçular"ın baş məşqçisi Mixail Qalaktionovu əvəzləmək planının olduğunu açıqlayıb:

"Bu, futboldur. İnanmıram, amma Kurban Berdiyev haqqında danışırlar, eşitmişəm. Bəli, o, Azərbaycan çempionatında işləyir, amma onu oradan, məsələn, "Axmat"dan Çerçesovdan daha asan əldə etmək olar".

Xatırladaq ki, Berdiyev Tovuz klubunu 2024-cü ilin yayından çalışdırır.