Mahir qışda "Kayzerslautern"dən ayrılacaq - O, rəhbərliklə görüşəcək

Mahir qışda "Kayzerslautern"dən ayrılacaq - O, rəhbərliklə görüşəcək

Almaniyada işləri qaydasında getməyən Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli qışda 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"dən ayrıla bilər.

"Mediasport" xəbər verir ki, 28 yaşlı hücumçunun yaxın günlərdə klub rəhbərliyi ilə görüşü gözlənilir.

Forvardın heyətə düşə bilməməsinin səbəbləri müzakirə olunacaq.

İddiaya görə, tərəflər ortaq məxrəcə gələ bilməsələr, Mahir klubla qış transfer pəncərəsində yolunu ayıracaq.

Xatırladaq ki, mövsümə yaxşı başlayan və 3 qol vuran yığmamızın üzvünün adı liqanın son 4 görüşündə iştirak ərizəsinə salınmayıb.