"Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq" - Vitali Borisov

"Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq" - Vitali Borisov

“Afinada iki məşq keçirdik. Demək olar, oyuna hazırıq. Düzdür, heyətimizdə yüngül zədəli - Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadə - futzalçılar var. Amma oynayacaq durumdadırlar".

"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə görüşdən öncə fikirlərini bildiirb:

"Əsasən standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədik. Çalışdıq ki, uşaqları çox yormayaq. Çünki yol da qət etmişik. Həm də “4-lük”ləri müəyyənləşdirdik.

Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Bu görüş tək bizim yox, rəqib üçün finala bərabər olacaq. Gərgin oyun gözləyir bizi. Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb.

Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubuna çıxış etməyəcəklər. Xorvatlarla görüşdə müdafiədən oynadılar, qapıçıları da yaxşı dayandı.

Bu dəfə pressinq edəcəklər. Doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidir. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik”.

Yunanıstan - Azərbaycan matçı Bakı vaxtilə saat 21:00-da başlanacaq.