Azərbaycan Çexiya va Latviya ilə eyni qrupda - Dünya çempionatı

Azərbaycan Çexiya va Latviya ilə eyni qrupda - Dünya çempionatı

İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb.

İkinci səbətdə yer alan millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi.

Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq.

Onlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.


Dünya çempionatı


1-ci qrup

Ermənistan

Macarıstan

İsveç


2-ci qrup

Fransa

Moldova

Monteneqro


3-cü qrup

Xorvatiya

Almaniya

Litva


4-cü qrup

İspaniya

Finlandiya

Şimali Makedoniya


5-ci qrup

Polşa

Bosniya və Herseqovina

Şimali İrlandiya


6-cı qrup

Qazaxıstan

Belarus

Albaniya


7-ci qrup

Portuqaliya

Rumıniya

Danimarka


8-ci qrup

Niderland

Serbiya

Andorra


9-cu qrup

Ukrayna

Slovakiya

Estoniya


10-cu qrup

İtaliya

Gürcüstan

Kosovo


11-ci qrup

Sloveniya

Belçika

Norveç


12-ci qrup

Çexiya

AZƏRBAYCAN

Latviya


Püşkatma və oyunların keçirilmə tarixləri

Əsas mərhələnin qrup oyunlarının tarixləri: 12-21 oktyabr 2026, 2-11 noyabr 2026, 6-9 dekabr 2026, 22 fevral – 3 mart 2027

Əsas mərhələnin pley-off oyunlarının püşkatması: 3 mart 2027

Əsas mərhələnin pley-off oyunlarının keçirlmə tarixi: 12-21 aprel 2027

Elit-raundun qrup mərhələsinin püşkü: 20 may 2027

Elit-raund qrup mərhələsinin oyunlarının təqvimi: 6-15 sentyabr 2027, 11-20 oktyabr 2027, 13-22 dekabr 2027

Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028

Elit-raund pley-off oyunlarının keçirilmə tarixi: 10-19 aprel 2028