Millətlər Liqası: Yığmamız Bakıda Niderland seçməsinə qalib gəldi

Amputant futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti qələbəsini qazanıb.
"Mediasport" xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu kollektiv "Bayıl Arena"da Niderland yığmasından üstün olub - 1:0.
Qələbə topumuzu 50-ci dəqiqədə Sənan Hacıyev vurub.
Qeyd edək ki, millimiz daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz bərabərə qalıb.
Komandamızın növbəti görüşü bu gün saat 17:00-da Ukrayna futbolçularına qarşı olacaq.