Rahil Məmmədov Azərbaycan millisinin heyətindən çıxarıldı

Bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasının qonağı olacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
"Mediasport" xəbər verir ki, komandamızın müdafiəçisi Rahil Məmmədov heyətdən çıxarılıb.
Futbolçu oyunqabağı son məşqdə zədə alıb.
Xatırladaq ki, yüngül zədələri olan Renat Dadaşov, İsmayıl İbrahimli və Ceyhun Nuriyev də bugünkü matçda meydana çıxmayacaq.
Polşanın Krakov şəhərində baş tutacaq görüş Bakı vaxtilə saat 22:45-də start götürəcək.