Məşhur dünya və Avropa çempionu 4 illik diskvalifikasiya edildi

Türkiyənin yunan-Roma güləşi üzrə tanınmış idmançısı Rıza Kayaalp ciddi cəzaya məruz qalıb.
"Mediasport" xəbər verir ki, dünya və Avropa çempionu idmandan 4 illik uzaqlaşdırılıb.
Olimpya oyunlarının 3-qat mükafatçısının qanında qadağan olunmuş maddə aşkarlanıb.
Rıza Kayaalp açıqlamasında ağrılarını azaltmaq üçün xüsusi maddədən istifadə etdiyini bildirib.
Qeyd edək ki, 12 dəfə Avropa, 5 dəfə dünya çempionu adını qazanmış məşhur güləşçi 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının da qalibi olub.
İdman Arbitraj Məhkəməsi (CAS) 36 yaşlı Kayaalpın 28 may 2024-cü ildən bu yana qazandığı bütün nəticələrinin ləğvi barədə qərar çıxarıb.