Millimiz Bakıda Danimarka yığmasından revanş aldı

Millimiz Bakıda Danimarka yığmasından revanş aldı

Futzal üzrə Azərbaycan millisi Bakıda Danimarka yığması ilə ikinci yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi komandamız bu dəfə qələbə qazanıb - 4:2.

Bakı İdman Sarayında baş tutan görüşdə seçməmizin qollarını Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və qapıçı Rövşən Hüseynli vurublar.

Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilən qarşılaşmada sevinən tərəf danimarkalılar olmuşdular - 4:1.