Azərbaycanlı hakim ilk dəfə AÇ-nin final mərhələsinə təyinat aldı

Azərbaycanlı hakim ilk dəfə AÇ-nin final mərhələsinə təyinat aldı

Tarixdə ilk dəfə azərbaycanlı hakim futzal üzrə Avropa çempionatının final mərhələsinə təyinat alıb.

"Mediasport" xəbər verir ki, bu uğura FİFA referisi Hikmət Qafarlı nail olub.

O, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək AÇ-2026-da iş başında olacaq 32 hakimdən biri kimi işləyəcək.

Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.