"Neftçi" kubokun qalibi oldu

 "Neftçi" kubokun qalibi oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, həlledici qarşılaşmada "Neftçi" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər.

Əzmkar oyun nümayiş etdirən "ağ-qaralar" çempionu məğlub ediblər - 5:3.

Xatırladaq ki, bu kollektivlərin bir neçə gün öncə Yüksək Liqada final görüşündə naxçıvanlılar qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olublar.