Millimiz Gürcüstan yığmasına qarşı
Azərbaycanın futzal milli komandası bu gün ilk yoldaşlıq oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Gürcüstan yığması ilə qarşılaşacaq.
Tbilisi şəhərindəki İdman Sarayında baş tutacaq matç saat 18:00-da start götürəcək.
Komandamız bu rəqiblə aprelin 11-də eyni məkanda ikinci dəfə üz-üzə gələcək.
Futzalçılarımız növbəti yoldaşlıq görüşlərində rəqibləri Aktau şəhərində (13 və 15 aprel) Qazaxıstan millisinə qarşı olacaq.
