"Neftçi"nin və "Araz-Naxçıvan"ın üzvləri Yüksək Liqa klubuna keçdi

  "Neftçi"nin və "Araz-Naxçıvan"ın üzvləri Yüksək Liqa klubuna keçdi

Yeni mövsümün hazırlığını davam etdirən "Şuşa" transfer çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, Yüksək Liqa təmsilçisi "Neftçi" İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də "Araz-Naxçıvan"ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb.

Ötən mövsüm "Yasamal Bakı"da çıxış etmiş Elçin Məmmədov da "Şuşa"nın uğurları üçün çalışacaq.

"Şuşa" klubu 2025-26 mövsümünə yeni loqo ilə start verəcək.