Əsas yığma komandamızdan ayrılıb U-21-in heyətinə qoşuldu

 Əsas yığma komandamızdan ayrılıb U-21-in heyətinə qoşuldu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının heyətinə futbolçu əlavə edilib.

"Mediasport" xəbər verir ki, əsas milli komandanın düşərgəsində olan “Şamaxı”nın üzvü Edqar Adilxanov U-21 yığmasının düşərgəsinə qoşulub.

Vinger qarşıdakı günlərdə Rəşad Eyyubovun sərəncamında olacaq.

Xatırladaq ki, yığmamız oktyabrın 10-da Avro-2027-nin seçmə qrup mərhələsinin son turu çərçivəsində Bakıda Cəbəllütariq millisini qəbul edəcək.