Azərbaycan yığması Türkiyədə Moldova seçməsinə qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Moldova futbolçuları ilə qarşılaşıb.
“Cornelia” Futbol Mərkəzində baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları Oruc Məmmədov və Sadiq Şəfiyev vurublar.