"Bizə qələbə lazımdır" - KAPİTAN

"Sabah yaxşı oyun göstərərək qalib gəlməyə çalışacağıq. Bunu bacaracağımıza inanıram".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov deyib.
Yığmanın kapitanı sabah Latviya seçməsi ilə səfərdə baş tutacaq qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Təcrübəli yarımmüdafiəçi yaxşı nəticə qazanmağa çalışacaqlarını qeyd edib:
"Qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var. Düzdür, Latviya yığması da yaxşı komandadır. Ancaq bizə qələbə lazımdır".
Xatırladaq ki, matç sabah saat Bakı vaxtilə saat 17:00-da başlanacaq.