Emreli 72 dəqiqə mübarizə apardı, komandası qələbə qazandı - VİDEO

Emreli 72 dəqiqə mübarizə apardı, komandası qələbə qazandı - VİDEO

Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası "Kayzserslautern" 2-ci Bundesliqada növbəti oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, milli komandamızın üzvünün komandası 2-ci tur çərçivəsində "Şalke" ilə qarşılaşıb - 1:0.

Mahir oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Mahirin komandası mövsümə səfərdə "Hannover"ə 0:1 məğlub olmaqla başlayıb.