Azərbaycanlı oyunçunun komandası Türkiyədə böyük hesabla uduzdu

Azərbaycanlı oyunçunun komandası Türkiyədə böyük hesabla uduzdu

Türkiyə 1-ci Liqasında 3-cü turun oyunları davam edir.

"Mediasport" xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Sərtan Taşkının formasını geyindiyi "Serik Bələdiyyəspor" səfərdə keçirdiyi matçda "Esenler Erokspor"a 0:5 hesabı ilə məğlub olub.

Yığmamızın üzrə 46-cı dəqiqədə oyuna daxil olub.

Xatırladaq ki, Sərtanın komandası yarışın turnir cədvəlində 4 xalla 11-ci pillədə qərarlaşıb.