"Möhtəşəm qələbə oldu, bilmirəm hisslərimi necə ifadə edim"

"Möhtəşəm qələbə oldu. Bilmirəm hisslərimi necə ifadə edim. Dünya çempionatının finalındayıq. Bundan xoşbəxt gün ola bilməz. Azərbaycan xalqını ürəkdən təbrik edirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev deyib.
Mütəxəssis Bakıda keçirilən dünya çempionatının yarımfinalında Monteneqro yığması üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib:
"Azarkeşlər bizə böyük dəstək oldular. Çox gözəl hisslər yaşayırıq. Final matçı oynayacağıq. Bütün futbolçularımızın əlləri, qolları var olsun. Ümidimiz, arzumuz dünya çempionu olmaqdır".
Qeyd edək ki, millimiz sabah final görüşündə Macarıstan yığması ilə qarşılaşacaq.