“Barselona”ya 2-3 qol vura bilərdik"
“Barselona”ya qarşı oyun hamımız üçün xüsusi idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. Qol imkanlarımız da oldu. Top dirəyə dəydi və iki-üç qol vura bilərdik".
"Mediasport" xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.
Ruandalı hücumçu UEFA-nın rəsmi saytına "Barselona" ilə oyun haqda danışıb:
“Barselona” kimi komandaya qarşı qol imkanlarından istifadə etməsən, onlar öz fürsətlərini dəyərləndirəcəklər.
Aramızdakı ən böyük fərq də bu idi. “Barselona”ya qol vurduğum üçün çox xoşbəxtəm. Bununla belə, ikinci qol fürsətim də oldu və həmin epizodda fərqlənməli idim”.
Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakıda "Barselona"ya 1:4 hesabı ilə uduzub.

