Millimizin futbolçusu iki qolla İtaliya klubuna qələbə qazandırdı

Millimizin futbolçusu iki qolla İtaliya klubuna qələbə qazandırdı

Azərbaycanın U-21 millisinin futbolçusu Lorenso Mezzotero “Sampdoriya”nın heyətində növbəti qollarını vurub.

"Mediasport" xəbər verir ki, 18 yaşlı hücumçu B seriyasının 13-cü turunun “Padova” ilə səfər matçında dubl edib.

Meydana start heyətdə çıxan forvard 19 və 84-cü dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb - 2:1.

Genuya təmsilçisi 17 xalla 10-cu sıraya yüksəlib.

Qeyd edək ki, Bakıda böyümüş italyan ayın əvvəlində zədəsini əsas gətirərək A milli komandamızın heyətinə qoşulmamışdı.