"Barselona"nın Bakıya gəlişi də "Qarabağ"ın rekordunu qıra bilmədi

"Barselona"nın Bakıya gəlişi də "Qarabağ"ın rekordunu qıra bilmədi

Dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş “Sabah” - “Barselona” oyununu arenadan 66 min 321 azarkeş izləyib.

“Mediasport” xəbər verir ki, lakin bu göstərici "Qarabağ"ın 2017-ci ildəki rekordunu qırmayıb.

Həmin vaxt Ağdam klubunun sentyabrın 27-də "Roma" ilə Çempionlar Liqası görüşünə 67 min 200 azarkeş təşrif buyurmuşdu.

Bu, müstəqil Azərbaycan futbolu tarixində ən böyük göstəricidir.

Xatırladaq ki, BOS-un azarkeş tutumu 69 min 870 nəfərlikdir.