Qətərdə dünya çempionatında növbəti matçını idarə edəcək
FİFA referisi Elçin Məsiyev Qətərdə keçirilən U-17 Dünya Kubokunun final mərhələsində növbəti matça təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, III turun Vyetnam - Mali oyununun baş hakimi olacaq.
Ədalət təmsilçisinə yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.
Bu gün Doha şəhərindəki "Aspire Zone" kompleksində baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, Məsiyev daha əvvəl mundialda Səudiyyə Ərəbistanı - Uruqvay, İspaniya - Çin duellərinin dördüncü, Ekvador - Uqanda qarşılaşmasının isə baş hakimi olub.

