Bakıda dubl edən ingilis futbolçu: "Bu şəhər mənimçün xüsusi yerdir"

Bakıda dubl edən ingilis futbolçu: "Bu şəhər mənimçün xüsusi yerdir"

"Het-trik edə bilərdim, sol ayaqla zərbəm dəqiq alınmadı. Bakı kralıyam? Xeyr, amma bu şəhər mənim üçün çox xüsusi yerdir".

"Mediasport" xəbər verir ki, bu sözləri İspaniyanın “Barselona” klubunun futbolçusu Entoni Qordon deyib.

UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah”la Bakıda keçirilən qarşılaşmada iki qol vuran ingilis vinger təəssüratlarını bölüşüb.

O, uzun səfərin komanda üçün çətin keçdiyini qeyd edib:

“Rəqib yüksək pressinq tətbiq edirdi. Qarşılaşmanın rəqabətli keçəcəyini gözləyirdik və fürsətlərimizdən yararlandıq.

“Barselona”nın üzvü olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq bizim əsas xüsusiyyətimizdir. Hesabda öndə olsaq belə, hücumlarımızı davam etdiririk”.

Qeyd edək ki, Qordon qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

İngiltərə millisinin üzvü ötən ilin fevralında “Nyukasl”ın heyətində UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la matçda 4 qol vurmuşdu.