Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda turnir keçiriləcək

Naxçıvanda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən birgə təşkil olunacaq yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq.
Bu gün turnirin püşkatma mərasimi reallaşıb, yarışın reqlamenti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mayın 10-da start götürəcək turnirin oyunları hər həftənin şənbə günləri İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutacaq.
Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcəklər.
Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya “Heydər Əliyev Kuboku” təqdim olunacaq.