"Neftçi" azarkeşlərinə görə AFFA-ya 23 min manat cərimə ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda "Neftçi"nin 23 000 manat cərimələnməsinə dair qərar çıxarılıb.
Buna Premyer Liqanın 23-cü turunun "Turan Tovuz"la oyununda azarkeşlərin davranışları səbəb olub.
"Ağ-qaralar" fanatlarının təhqiredici pankart açmasına görə 15 000 manat cərimələniblər.
Paytaxt təmsilçisi, həmçinin azarkeşlərinin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə əlavə olaraq 8 000 manat cərimə ödəyəcək.
