"Neftçi" növbəti transferi açıqladı
“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" qvadelupalı müdafiəçi Endryu Qravilyonu heyətə cəlb ediblər.
28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.
Zəngin karyeraya malik Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb.
O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.


