"Turan Tovuz" "Zirə"yə uduzdu, "Sabah" və "Araz-Naxçıvan"a 1 xal

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun matçları keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
Avrokuboklara iddialı qonşu komandalar - "Turan Tovuz" və "Zirə"nin qarşılaşmasında sevinən tərəf qonaqlar olublar.
Paytaxtda reallaşan "Sabah" - "Araz-Naxçıvan" duelində isə qalib müəyyənləşməyib.
Tura sabah "Kəpəz" - "Neftçi" qarşıdurması ilə yekun vurulacaq.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası. 25-ci tur
“Turan Tovuz” - “Zirə” 0:2
Qollar: Qismət Alıyev, 5-pen., İssa Cibrilla, 57.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu.
“Turan Tovuz”: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 6. Araş Qaderi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 90. Joarlem Santos, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sabah” - “Araz-Naxçıvan” 2:2
Qollar: Qol: Xəyal Əliyev 7, Sofian Çakla, 64 - Bernando Dias 11, Ülvi İsgəndərov, 72.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”.