Premyer Liqa: 29-cu turun ilk iki oyunu FİFA hakimlərinə tapşırıldı

Premyer Liqa: 29-cu turun ilk iki oyunu FİFA hakimlərinə tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 29-сu turun iki oyununun hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, hər iki qarşılaşmanı FİFA referiləri idarə edəcəklər.


Azərbaycan Premyer Liqası. 29-cu tur


25 aprel (şənbə)

“İmişli” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov

VAR: Elvin Bayramov

AVAR: Müslüm Əliyev

Quba OİK stadionu, 16:00


“Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev

VAR: Vüqar Həsənli

AVAR: Əkbər Əhmədov

Qəbələ şəhər stadionu, 18:30