"Neftçi" bu gün "Sabah"la cavab qarşılaşmasına 5 itki ilə çıxacaq

"Neftçi" bu gün "Sabah"la cavab qarşılaşmasına 5 itki ilə çıxacaq

“Neftçi” bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la cavab oyununda meydana itkilərlə çıxacaq.

"Mediasport" xəbər verir ki, “ağ-qaralar”ın 5 futbolçusu vacib matçda komandaya kömək etməyəcək.

Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə, Bassala Sambu isə cəza səbəbindən bu görüşü buraxacaq.

Qarşılaşma saat 20:00-da başlanacaq. "Neftçi" ilk görüşdə məğlub olub (1:2).