"Neftçi" və "Qarabağ"ın KL-də mümkün rəqibləri məlum oldu
"Neftçi" və "Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində mümkün rəqibləri dəqiqləşib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" bu raunda yüksəlsələr, "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaqlar.
Paytaxt təmsilçisi 2-ci raundda Belarusun "Dinamo" (Minsk) kollektivi ilə üz-üzə gələcək.
"Qarabağ" UEFA Avropa Liqasında ÇSKA-ya (Bolqarıstan) uduzsa, mübarizəni Konfrans Liqasında davam etdirəcək və burada "Dinamo" (Kiyev, Ukrayna) - PAOK cütünün məğlubu ilə görüşəcək.
Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqustda baş tutacaq.


