Rəşad Sadıqov ÇƏTİN DURUMDA - "Pulumu tam verin, çıxıb gedim"

 Rəşad Sadıqov ÇƏTİN DURUMDA - "Pulumu tam verin, çıxıb gedim"

Premyer Liqanın son turlarına qeyri-sabit nəticələrlə yollanan "Zirə" Eldar Quliyevdən canını qurtara bilmir.

Qəsəbə klubundan "Mediasport"a verilən məlumata görə, "qartallar" Azərbaycan əsilli ukraynalı yarımmüdafiəçi ilə müqaviləni vaxtından əvvəl pozmaqda çətinlik çəkir.

Baş məşqçi Rəşad Sadıqovun hələ yaydan üstündən xətt çəkdiyi orta sahə oyunçusuna "özünə komanda tap" deyilsə də, tərpənmək fikri yoxdur.

Bildirilir ki, Quliyev futbolçular vasitəsilə məşqçilər korpusuna "müqavilə üzrə qalan məbləği tam ödəsinlər, gedim" mesajı verib.

Sadıqov ona 2 aylıq təzminat təklif etdirsə də, 22 yaşlı futbolçu yayadək olan müqavilə şərtlərinə əməl olunmasını istəyir.

Bir sözlə, daş qayaya rast gəlib.

Xatırladaq ki, bir neçə dəfə AFFA-nın millidə oynamaq təklifini geri çevirən Eldar Quliyev 2023-cü ildən "Zirə"nin formasını geyinir.