"Şamaxı” bu mövsüm məğlub edə bilmədiyi “Araz-Naxçıvan”a qarşı

"Şamaxı” bu mövsüm məğlub edə bilmədiyi “Araz-Naxçıvan”a qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tur bu gün start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

“Şamaxı" doğma şəhərində liqanın qeyri-sabit kollektivlərindən "Araz-Naxçıvan"ı qəbul edəcək.

Komandalar arasında bu mövsümün əvvəlki iki duelində 1:1 hesabı və naxçıvanlıların qələbəsi (2:0) qeydə alınıb.

Turun digər qarşılaşmaları sabah və qarşıdakı günlərdə baş tutacaq.


Azərbaycan Premyer Liqası. 25-ci tur


"Şamaxı” - “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Şamaxı şəhər stadionu, 15:00