"Neftçi"nin sabiq üzvü Fransanın tanınmış klubunda məşqçi oldu
"Neftçi"nin sabiq futbolçusu Soni Mustivar yetirməsi olduğu "Bastiya"ya qayıdıb.
"Mediasport" xəbər verir ki, 36 yaşlı eks yarımmüdafiəçi keçmiş klubunda məşqçilik edəcək.
2018-2020-ci llərdə "ağ-qaralar"ın formasını geyinmiş futbolçu "Bastiya"nın U-17 komandasında köməkçi-məşqçi olacaq.
Xatırladaq ki, futbolçu karyerasını 2023-cü ildə vətənində "Ginyon"da başa vurmuş Mustivar "Neftçi"də 43 oyuna 2 qolla yadda qalıb.
O, son təyinatadək "Ginyon"un U-15 komandasını çalışdırıb.

