Millimizin dünya çempionatı oyunu italyan hakimlərə həvalə edildi
Noyabrın 5-də futzal üzrə DÇ-2028-in əsas mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Çexiya matçının hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, yığmamız ilk dəfə Lənkəran şəhərində rəsmi oyuna çıxacaq.
DÇ-2028. Əsas mərhələ. XII qrup
16:00 Azərbaycan – Çexiya
Hakimlər: Çiara Perona, Martina Pikkolo, Simone Zanfino
Timekeeper: İmran Məhərrəmov (Azərbaycan)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)
Lənkəran Olimpiya İdman Kompleksi.

