ŞOK! Azərbaycanlı federasiya prezidenti Türkiyədə bıçaqlandı

Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayev bıçaqlanıb.
"Mediasport" xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
Kikboksinq və muay-tay üzrə 9 qat dünya çempionu Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndiriblər.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.