"Neftçi" - "Qarabağ" oyunundan əvvəl baş verən davada 4 azarkeş bölməyə aparıldı - AÇIQLAMA

Azərbaycan Premyer Liqasının dünən keçirilmiş "Neftçi" - "Qarabağ" matçından əvvəl baş verən dava zamanı 4 azarkeş saxlanılıb.
Mediasport.com.az xəbər verir ki, komandaların azarkeşləri bir-birinə hücum ediblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları insidentin böyüməsinin qarşısını vaxtında alıb.
Bir neçə azarkeş saxlanılaraq bölməyə aparılıb. DİN-in məlumatına əsasən araşdırma aparılır:
“Paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi” - “Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. İnsidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır”.
Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.