Azərbaycanın daha iki güləşçisi Skopyedə Avropa çempionu oldu

Azərbaycanın daha iki güləşçisi Skopyedə Avropa çempionu oldu

Azərbaycanın daha iki güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, sərbəst güləşçilərimizdən 4️8️ kq-da Rəvan Həsənzadə finalda Artak Aqabekyana (Ermənistan) qalib gələrək qitə birincisi olub.

5️5️ kq-da yarışan Ruslan Əlizadə isə Maxaç Abdullayevdən (UWW) üstün olmaqla, qızıl mükafata sahib çıxıb.

Qeyd edək ki, yarışda daha əvvəl  yunan-Roma güləşçilərimiz 5 medal əldə etmişdilər.

Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar, Əli Nəzərov (60 kq) gümüş, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) bürünc medala yiyələnib.