Avropa çempionatına yollanacaq millilərimizin heyətləri açıqlandı

 Avropa çempionatına yollanacaq millilərimizin heyətləri açıqlandı

Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək U-17 Avropa çempionatına qatılacaq.

"Mediasport" xəbər verir ki, iyunun 9-dan 15-dək baş tutacaq qitə birinciliyində iştirak edəcək milli komandalarımızın heyəti açıqlanıb.

Yunan-Roma güləşi üzrə millinin üzvləri yarışın ilk günlərində xalçaya çıxacaq. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun AÇ üçün müəyyənləşdirdiyi heyət belədir: 

4️⃣5️⃣ kq Abdulrəhman Hüseynli

4️⃣8️⃣ kq Qurban Məcnunov

5️⃣1️⃣ kq Elşad Abbasov

5️⃣5️⃣ kq Ayxan Əsədli

6️⃣0️⃣ kq Əli Nəzərov

6️⃣5️⃣ kq Ramil Musayev

7️⃣1️⃣ kq Yusif Əhmədli

8️⃣0️⃣ kq Nicat Yeylaqaliyev

9️⃣2️⃣ kq Səid Paşayev

1️⃣1️⃣0️⃣ kq Rihad İbrahimli

Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında aşağıdakı güləşçilər çıxış edəcək:

4️⃣6️⃣ kq Nəzrin Əhmədli

4️⃣9️⃣ kq Xədicə Qurbanzadə

5️⃣3️⃣ kq Fatimə Bayramova

5️⃣7️⃣ kq Ülviyə Musayeva

6️⃣1️⃣ kq Esra Məmmədli

6️⃣5️⃣ kq Fidan Babayeva

6️⃣9️⃣ kq Milana Bağırzadə

Yarışın sonlarında sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin AÇ üçün seçdiyi "10-luq" belədir:

4️⃣5️⃣ kq Ömər Usubov

4️⃣8️⃣ kq Rəvan Həsənzadə

5️⃣1️⃣ kq Ramal Mirhüseynov

5️⃣5️⃣ kq Ruslan Əlizadə

6️⃣0️⃣ kq Həsən Həsənov

6️⃣5️⃣ kq Tunar Nəsibov

7️⃣1️⃣ kq İsa Yusibov

8️⃣0️⃣ kq Əli Hacıyev

9️⃣2️⃣ kq Səid Paşayev

1️⃣1️⃣0️⃣ kq Hakim Tağıyev

Gündüz seansının görüşləri hər gün Bakı vaxtı ilə 12:30-da, axşam seansının qarşılaşmaları isə 20:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyacaq.