Dünya Kuboku: Norveç milli komandası 1/8 finala yüksəldi
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən Dünya Kubokunda daha bir komanda 1/8 finala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, Norveç futbolçuları pley-offda Fil Dişi Sahili millisini məğlub ediblər - 2:1.
Dünya çempionatı iyulun 19-dək davam edəcək.
Xatırladaq ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay və Mərakeş yığmaları 1/8 finala yüksəliblər.


